06 may 2024, 16:50

Əfsanə Quliyevadan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin “Dəmir yumruğ”unuz, qətiyyətiniz, yenilməz Ordumuzun və şəhidlərimizin sayəsində qazanılan şanlı Zəfərlə düşməndən başımıza gətirilən bütün müsibətlərin qisası alındı. Bu il bütöv Azərbaycanda bütün bayramların keçirilməsi ilə şəhidlərimizin ruhu şad, xalqımızın başı bir daha uca oldu.

Cənab Prezident, həyata keçirdiyiniz siyasət nəticəsində biz şəhid ailələri hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuşuq. Mənzillərlə təmin olunduğumuz ərazidə qəsəbənin yaradılması növbəti dəfə sevincimizə sevinc qatdı. Əminik ki, bundan sonra da Azərbaycan Sizin rəhbərliyinizlə daha da inkişaf edəcək, güclənəcəkdir. Sizə təşəkkür edir, gələcək fəaliyyətinizdə bol-bol uğurlar arzulayırıq.

Hörmətlə,

Quliyeva Əfsanə Rafiq qızı, şəhid ailəsinin üzvü.

Azərbaycan Respublikası, Abşeron rayonu, Şəfəq qəsəbəsi.